Interposta.Info

Prezident Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb

Ölkə
 1-10-2018, 19:08     10 414

Prezident İlham Əliyev Kürdəmir rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərtac-ın məlumatına görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26