Interposta.Info

Gürcüstanın sabiq baş naziri banka işə düzəldi

Ölkə
 25-09-2018, 08:52     10 414

Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili Avropa Yenidənqurma və İnkişaf Bankının müşaviri vəzifəsinə təyin edilib.

Oxu.Az "İmedi” telekanalına istinadən xəbər verir ki, Kvirikaşvili Özbəkistan hökumətinə ictimai və özəl sektorlar arasında dialoq platformasının yaradılmasında kömək edəcək.

Kvirikaşvili ilə bank arasında müqavilə bir neçə həftə öncə imzalanıb.

Qeyd edək ki, Kvirikaşvili 2018-ci ilin iyun ayında baş nazir postundan istefa verib.
Bizi Telegramda oxuyun!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26