Tarixdə ilk dəfə asteroiddən görüntülər əldə edilib

Xayabusa-2” zondundan buraxılan Yaponiyanın iki mini robotu tarixdə ilk dəfə asteroidin səthində uğurlu eniş edib və alimlərə fotolar göndəriblər
Bu barədə Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin rəsmi saytında məlumat verilir.
Bir kiloqram çəkiyə malik iki MINERVA-II1 mobil tədqiqat robotu sentyabrın 21-də “Xayabusa-2” zondundan ayrılıblar.
Onlar yaxşı vəziyyətdədir və ən azı onlardan biri Ryuqu asteroidinin səthində hərəkət edir.
MINERVA-II1 tərəfindən lentə alınan fotolar robotların hərəkəti və günəş şüalarına görə bulanıq alınıb. Ümumilikdə agentlik üç foto dərc edib./oxu.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26