Interposta.Info

Yerə kürəsinə yaxın yaşayış üçün yararlı planet tapıldı

Ölkə
 16-11-2017, 00:11     9 877

Cənubi Avropa rəsədxanasının (ASO) astronomları “Ross 12” qırmızı cırtdan ulduzunun əsasən qayalıqlardan ibarət kiçik ekzoplanetə malik olmasını müəyyən ediblər. Alimlər hesab edirlər ki, “Ross 128b” adı alan və öz Günəşindən optimal məsafədə yerləşən obyekt Yer kürəsinin səthində olan şəraitə malik olmalıdır.

interposta.info-ın xəbərinə görə, alimlərin məqaləsi “Astronomy & Astrophysics” jurnalında dərc edilib, elmi iş barədə qısa press-reliz isə “EurekAlert!” saytında yerləşdirilib.

Ekzoplanet Çilinin “La-Silya” rəsədxanasında üzərinə “High Accuracy Radial velocity Planet Searcher” (HARPS) spektoqrafı quraşdırılmış 3,6 metrlik teleskop vasitəsi ilə aşkarlanıb. Teleskop ulduzların sürətini yüksək dəqiqliklə ölçə bilir, bu da onların planet sisteminə malik olmasının müəyyən etməyə kömək edir.

“Ross 128b” Yerdən Günəşə olan məsafə ilə müqayisədə öz ulduzuna 20 dəfə yaxın olmasına baxmayaraq, ekzoplanet Yer kürəsindən cəmi 1,28 dəfə çox istilik alır. Alimlər hesab edirlər ki, planetin səthində temperatur mənfi 60-dan müsbət 20-yə qədər dəyişir. Astronomlar bildiriblər ki, hələlik planetin orbitinin yaşayış zonasında yerləşməsi barədə dəqiq məlumat vermək mümkün deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26