Interposta.Info

Ali Baş Komandan: "Paradlarda nümayiş etdirilən imkanlarımız çox təsirlidir"

Ölkə
 21-09-2018, 19:26     10 328

"Biz güclü ordu qurmuşuq. Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm də Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımız hesab edirəm ki, çox təsirlidir"

"Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, reallıqdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda deyib.

"Bir sözlə, biz ölkəmizi bundan sonra da bu siyasətlə inkişaf etdirəcəyik. Bu gün biz innovasiyalara, texnologiyalara daha çox üstünlük veririk. Bir neçə gündən sonra Azərbaycan orbitə üçüncü süni peyki çıxaracaq. Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Orbitdə iki peykimiz var, üçüncü də çıxarılır", -Prezident İlham Əliyev vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26