Interposta.Info

Avropalı qadın ərəb polisə görə islamı qəbul etdi

Ölkə
 16-09-2018, 20:51     10 581

Birləşmiş Ərəb Əmirliklərinə gəlmiş hollandiyalı turist qadın polisin nümunəvi davranışı nəticəsində İslam dinini qəbul edib.

Əbu-Dabi polisinin tolerantlığından və sivil yanaşmasından ürəkdən təsirlənən turist Kristina Dafano müsəlman olmaq qərarına gəlib və kəlmeyi-şəhadətini söyləyəndən sonra adını dəyişərək Nura edib.

Bəyanatda qeyd edilir ki, turst qadın böyük Şeyx Zayed məscidi ilə maraqlanaraq oraya getmək istəyimiş. Polis turist qadını nəinki oraya yönəldib, həm də məscid idarəsi ilə qadının yanına gəlib ona İslamda dözümlülük və dinc yanaşı yaşamaq ideyaları barədə danışılması üçün əlaqə saxlayıb.

Polis polkovniki Əhməd Al Mazraui Əbu-Dabidə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə polislərin dözümlülüyü peşə standartına çevirmək cəhdini xüsusilə vurğulayıb./Azərtac

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26