Interposta.Info

1 gün internet işləməyəcək

Ölkə
 7-09-2018, 19:16     10 456

Oktyabrın ayı ərzində 1 gün bütün dünyada internetin işində problem yaranacaq.

Bunu IP ünvanlar və domen adlarını idarə edən korporasiya açıqlayıb. Məlumata görə, həmin gün gün domen adları sisteminin qorunması üçün kriptoqrafik şifrələr dəyişdiriləcək. Bu səbəbdən veb-səhifələrə daxil olarkən çətinliklər olacaq.

Bu proses tarixdə ilk dəfə həyata keçiriləcək.

Korporasiyanın əməkdaşları bildirib ki, oktyabrın 11-i təxmini vaxtdır. Şirkət rəhbərliyi bu ay ərzində dəqiq vaxtı müəyyən edəcək.

İlkin araşdırmaya görə, 99 faiz istifadəçi bundan zərər görməyəcək. Amma problem bəzi istifadəçilərə toxunacaq. Yenilənmədən 48 saat sonra onlar səhv haqqında "server failure” və ya "SERVFAIL” kimi mesaj alacaqlar./BakuPost.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26