Interposta.Info

İş başında tutulan “Qızıl ovçuları” danışdılar: "Gəzməyə gəlmişdik" - VİDEO

Ölkə
 31-08-2018, 21:35     10 360

Şəkidə qızıl axtarışına çıxanlar arasında İran vətəndaşı da var.

ARB TV xəbər verir ki, Şəkinin Daşüz kəndində Səbətli deyilən ərazidə qızıl, zinət v

ə digər qiymətli əşyalar axtarmaq məqsədilə qanunsuz qazıntı işləri aparmaq qərarına gələn Bakı sakinləri Sahil Abuşov, Gündüz Əliyev, İran vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt sakini Namiq Şahmalıyevin planları baş tutmadı.

Sahil Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. Mübariz Zeynalov da Novruz Mənəfovun vasitəsi ilə Qax rayonunun Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb. Abuşov traktor sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Qanunsuz qızıl axtaranlar iş başında yaxalanıblar. Daxil olmuş məlumat əsasında Şəki Şəhər Payon Polis Şöbəsi əməkdaşları dərhal əraziyə gedib.

Saxlanılan şəxslər bir ağızdan: “Gəzməyə gəlmişdik” deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26