Interposta.Info

Bakıda əməkhaqqılarını ala bilməyən 4 fəhlə intihara cəhd etdi

Ölkə
 27-08-2018, 22:44     10 359

"Xətai life” tikinti şirkətinin 4 işçisi intihara cəhd edib.

"Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi - 17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqqılarının verilməməsi ilə izah ediblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.

Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26