Belə intihar görülməyib: ailəsinə əsəbləşdi, təyyarəni evinə çırpdı

ABŞ-ın Yuta ştatından bu vaxta qədər görülməmiş intihar hadisəsi qeydə alınıb.
Bir gün öncə ailəsi ilə mübahisə etdiyi üçün saxlanılan 42 yaşlı Duan Youd adlı pilot sərbəst buraxldıqdan sonra idarə etdiyi təyyarəni evinə çırparaq intihar edib.
Əyalət polis rəisi mətbuata verdiyi açıqlamada təyyarənin Spanish Fork hava limanından havaya qalxdığını və hadisə zamanı evdə olan 2 nəfərin xoşbəxtlikdən sağ qaldığını bildirib. Onlar dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, toqquşma zamanı güclü partlayış olub və ev yararsız hala düşüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26