Etiraz edərkən dünyasını dəyişdi - 57 yaşlı kişinin faciəvi sonluğu - VİDEO
Rusiyanın Saratov vilayətinin Engels şəhərində faciəvi hadisə baş verib.
BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, 57 yaşlı ev sahibi küçədə mənzil istismar sahəsinin əməkdaşını görüb və ona eyvanının qəzalı vəziyyətdə olduğunu deyib. Sübut üçün eyvanın məhəccərini möhkəm silkələyən kişi gözlənilmədən oradan yıxılıb və dünyasını dəyişib.
Qeyd edək ki, araşdırmalar nəticəsində ev sahibinin içkili olduğu məlum olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26