Bakıda daha bir abituriyent özünü öldürdü - İmtahandan az bal toplayıb

Bu gün səhər saatlarında özünü Yeni Günəşli qəsəbəsi, V massivindəki 5-ci binanın 9-cu mərtəbədən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.
"XeberBiz" Lent.az-a istinadən xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb.
Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tıbbi yardım maşını gələndə də canını tapşırmayıbmış.
Onun rəfiqəsi bildirib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: "Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depresiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi".
Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur.
* * *
Bakı şəhərində intihar hadisəsi baş verib.
BakuPost-a daxil olan məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış massivi, ev 5 ünvanında qeydə alınıb.
Belə ki, gənc qız özünü sözügedən ünvanda yerləşən hündürmərtəbəli binadan ataraq intihar edib.
Canına qəsd edən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xaləddin qızı Rzayeva olduğu bildirilir.
Onun bu ilki qəbul imtahanlarında az bal topladığı və ali məktəbə qəbul ola bilmədiyi üçün bu addımı atdığı qeyd edilir.
Fatla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26