Əli Əhmədova daha bir vəzifə verildi
Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri təsdiq edilib.
"Xeberbiz" APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında" qərarında əksini tapıb.
Bu komissiyanın sədri baş nazirin sabiq müavini Elçin Əfəndiyev olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26