Interposta.Info

Mübariz Mənsimovun qardaşı pul aldığı ailələrin pulunu qaytarmır - Mənsimova ŞİKAYƏT - Fotolar

Ölkə
 12-07-2018, 10:09     11 328

Mübariz Mənsimovun qardaşı Mais Mənsimov qaçqın və məcburi köçkün ailəsinin pulunu qaytarmaq istəmir.

Şikayətçilər tərəfindən interposta.info-a göndərilən müraciəti belə deyilir:

Hörmətli Mübariz müəllim,

Sizi haqq-ədalətli, vətənpərvər, obyektiv və xalqın mərd oğlu kimi tanıyırıq. Sizə müraciət edən hər bir həmyerlinizi qəbul edərək onların müraciətini dinləyib köməklik göstərdiyinizi saytlarda, sosial şəbəkələrdə və telekanallarda dəfələrlə müşahidə etmişik. Sizin facebook və digər poçt ünvanlarınıza dəfələrlə müraciət etsək də heç bir cavab verilməmişdir. Bu səbəbdən də Sizə açıq müaciət ünvanlayırıq. Ümid edirik ki, bizim müraciətimizi diqqətlə oxuyub köməklik göstərəcəksiniz.
Bildirmək istəyirəm ki, biz Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün düşərək 10 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 31 ünvanda ayrılmış təmirsiz 70 kvmetrlik mənzildə yerləşdirildik. Sonradan dayım Əsgərov Nəriman Qasım oğlu həmin mənzilin yanındakı 374 kv metrlik Təmir tikinti idarəsinin obyektinin 12.75%-ni, yəni 47.6 kv metrlik çörək sexini Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 26.04.1999-cu il tarixli 001155 saylı çıxarışa əsasən öz adına özəlləşdirdi. 2004-cü il tarixdə vətəndaş Fərhad Kazımov və özlərini “Palmalı Şirkətlər Qrupunun” işçiləri və Sizin qardaşınız kimi təqdim edən Mais Mənsimov və qohumunuz (yeznəniz) olan Aşur adlı şəxlər yaşadığımız ünvana gələrək birlikdə mənzili və çörək sexni alaraq yerində hündürmərtəbəli bina tikmək istədiklərini bildirdilər. Biz ümumilikdə 117.6 kvmetrlik mənzil və çörək sexinin alqı-satqısını 80.000 (səksən min) manata raşılaşdıq. Onlar bizə əvvəlcə 48.000 (qırx səkkiz) min manat pul verdilər, qalan 32.000 (otuz iki min) min manat pulu mənzili boşaltdıqdan sonra verəcəklərini bildirdilər. Razılaşdığımız kimi biz onlara notariat kontoru vasitəsilə çörək sexi üzərində sərəncam vermək barədə etibarnamə verdik, onlar isə pulu səhəri gün ofisdən götürməyi məsləhət bildirdilər. Səhəri gün bizə borclu olduqları 32.000 (otuz iki min) min manat pulun əvəzinə 15.000 (on beş min) təklif etdilər. Biz belə razılaşmadığımızı bildirdikdə, zor gücünə ailə üzvlərimizi yaşadığımız mənzildən çıxarıb, evdə və çörək sexində olan əşyaları küçələrə tökərək, traktor və buldozerlə evimizi və çörək seximizi yerlə-yeksan etdilər. Həmin vaxtı evdə olan əşya və avadanlıqların çoxu yararsız hala düşmüş, bəziləri isə itmişdir. Dayım Nəriman Əsgərov bu səbəbdən də onlara verdiyi etibarnaməni ləğv etdi. Məlum hadisələrlə bağlı dəfələrlə Sizin qəbulunuza düşmək istəsək də bizə imkan vermədilər. Sonradan 15.000 (on beş min) manat pulu da verməkdən imtina etdilər. Biz həmin pula yalnız təmirsiz 2 otaqlı mənzil ala bildik və 14 nəfər ailə üzvümüz, həmçinin Astara rayonundan olan gəlinimiz ilə birlikdə orda yaşamağa məcbur qaldıq. Bu çətin vəziyyətdə mən əlbəyaxa döyüş üzrə Dünya Kubokunu qazanaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırmışam.
Xahiş edirik bu məsələ ilə bağlı bizi qəbul edib köməklik göstərəsiniz.
Hörmətlə, Orxan Əlizadə, Nəriman Əsgərov və 12 nəfər qaçqın və məcburi köçkün ailə üzvü
Qarşı tərəfi dinləməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26