Interposta.Info

Müdafiə sənayesi naziri postuna şanslı namizədlərin adı bilindi

Ölkə
 4-07-2018, 09:11     10 560

Yeni nazir mərhum Yavər Camalovun dövründə müavini işləyənlərdən biri ola bilər
Müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra onun tutduğu vəzifəyə kimin təyinat alacağı müzakirə mövzusuna çevrilib. Ölkənin müdafiəsi üçün əhəmiyyət kəsb edən bir sahənin uzun müddət rəhbərsiz qalmayacağı ehtimal olunur.

Yada salaq ki, Yavər Camalov 2006-cı ildə müdafiə sənayesi naziri postuna təyinat almışdı. O, bu təyinata qədər “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutmuşdu. Yavər Camalovun vəfatından sonra nazir postu Yəhya Musayevə həvalə olunub. O, müvəqqəti nazir səlahiyyətlərini icra edir.

Ümumilikdə, nazirlikdə 2 müavin postu var. Digər müavin Tofiq Rəfiyevdir.

Mərhum Yavər Camalovun tutduğu interposta.info potensial namizədlər də məhz müavinləridir. Quruma kənardan, bu sahəyə bələd olmayan kadrın gətiriləcəyi ehtimalı azdır.

Müdafiə sənayesi naziri postuna şanslı namizədlərin adı bilindi

Media üzərindən apardığımız araşdırmalar zamanı Tofiq Rəfiyevin bioqrafiyası haqda bu məlumatlara rast gəldik.

1942-ci ildə Bakı şəhərində anadan olan Rəfiyev 1965-ci ildə Azərbaycan Dövlət Universitetini, 1969-cu ildə SSRİ Elmlər Akademiyasının A.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutunun aspiranturasını bitirib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində radiotexnik, baş laborant, laboratoriya müdiri işləyib. 1970-1972-ci illərdə Fizika İnstitutunda laborant, mühəndis işləyib.

1972-1976-cı illərdə SSRİ HSK-nın “Azon” zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis işləyib. 1981-1992-cı illərdə SSRİ HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və “Alunit” zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis vəzifələrində işləyib. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi işləyib. 1992-2001-ci illərdə Azərbaycan ordusunda hərbi xidmətdə olub. 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində sədr köməkçisi, şöbə müdiri işləyib. 2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri işləyib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Əməkdar Dövlət Qulluqqcusu” fəxri adı verilib.

Yəhya Musayev də Rəfiyevlə eyni gündə nazir müavini postuna təyinat alıb. 1959-cu ildə Bakı şəhərində anadan olan Musayev 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-1980-ci illərdə fəhlə işləyib. 1980-1982-ci illərdə “Azneftyoltikintitəmir” trestində mühəndis, iqtisadçı olub. 1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib vəzifəsində çalışıb. O, daha sonra 1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib olub. 2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.

2004-2006-cı illərdə Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Müdafiə sənayesi naziri postuna namizədlərdən biri kimi nazirliyin aparat rəhbəri olan Üzeyir İsmayılovun gətiriləcəyi xəbəri də yayılıb. Üzeyir İsmayılov Yavər Camalovun qardaşı Əlikram Camalovun kürəkənidir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26