Interposta.Info

“Bura gətirilərkən vəziyyəti çox ağır idi” - Fazil Məmmədovun həkimi danışdı

Ölkə
 30-06-2018, 12:35     10 502

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə “American Hastanesi”nə yerləşdirilib. Hazırda sabiq nazir həmin xəstəxananın professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında müalicəsini davam etdirir

Məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun türkiyəli həkimi Orhan Bilge onun son durumu ilə bağlı açıqlama verib:

“Hazırda Fazil Məmmədov xəstəxanada müalicəsini davam etdirir. O, Azərbaycanda əməliyyat olduğuna görə, burada onun növbəti əməliyyat keçirməsinə ehtiyac olmadı. Azərbaycandan buraya gətirilərkən vəziyyəti çox ağır idi. Ona ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyəti stabilləşməyə başlayıb. Onun nə zaman xəstəxanadan buraxılacağını deyə bilmərəm. Fazil Məmmədovun müalicəsi ən azı bir-iki ay davam edəcək. O, pankreatit xəstəliyinin ağır formasından əziyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir”.

Həmçinin, Orhan Bilge F.Məmmədovun səhhətinin yaxşı olduğunu və narahatlığa ehtiyac olmadığını bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26