Interposta.Info

Daşkəsən rayonunda leysan yağışları nəticəsində sel-sular çox ciddi ziyan vuraraq təhlükəli vəziyyət yaratmışdır

Ölkə
 25-06-2018, 22:35     10 333

Daşkəsən rayonu ərazisində 24 iyun 2018-ci il tarixdə saat 20-00 radələrində baş vermiş təbii fəlakət, güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi ziyan vurmuşdur.
"XeberBiz" xəbər verir ki, təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəymişdir.
Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıtmış, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparmış, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salmış, bir çox yaşayış evlərini su basmışdır.
Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarmış, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparmışdır.
Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilmişdir. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarmışdır. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülmüş, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanmış və yararsız vəziyyətə düşmüşdür.
Baş vermiş hadisə ilə əlaqədar dərhal Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev operativ qərargah yaratmış, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə hadisə yerlərində baxış keçirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı sakinlərə dəymiş ziyanların qısa müddətdə aradan qaldırılacağına söz vermişdir.
Dəymiş ziyanların həcminin qaranlıq şəraitdə, gecə saatlarında müəyyənləşdirilməsi imkan xaricində olduğuna görə qısa müddətdə təcili tədbirlər görülməsi ilə bağlı aidiyyəti nazirliklərə məlumatlar verilmişdir.
Hazırda Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən gecə saatlarından səhərədək işləyərək daxili imkanlar hesabına vətəndaşlara lazımi köməklik göstərilir. Belə ki, kəndlərdə xəsarət alan sakinlərə Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilir. İnsan itkisi yoxdur.
Təbii fəlakətin çətinliyinə baxmayaraq vətəndaşlarda böyük inam da yaranıb ki, hökumətimiz onları tezliklə bu təhlükəli vəziyyətdən çıxaracaq, kommunikasiya xətləri, yollar, körpülər bərpa olunacaq, yaşayış binalarına dəymiş ziyan aradan qaldırılacaqdır.

interposta.info

Daşkəsən rayonunda leysan yağışları nəticəsində sel-sular  çox ciddi ziyan vuraraq təhlükəli vəziyyət yaratmışdır
Daşkəsən rayonunda leysan yağışları nəticəsində sel-sular  çox ciddi ziyan vuraraq təhlükəli vəziyyət yaratmışdır
Daşkəsən rayonunda leysan yağışları nəticəsində sel-sular  çox ciddi ziyan vuraraq təhlükəli vəziyyət yaratmışdır
Daşkəsən rayonunda leysan yağışları nəticəsində sel-sular  çox ciddi ziyan vuraraq təhlükəli vəziyyət yaratmışdırDaşkəsən rayonunda leysan yağışları nəticəsində sel-sular  çox ciddi ziyan vuraraq təhlükəli vəziyyət yaratmışdır

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26