AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – Foto

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının loqosunda qədim türk (run) əlifbasında yazı diqqət çəkib.
Kult.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın tarixi 1924-cü ilə gedib çıxsa da, 2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən Mərkəzi Elmi Kitabxana (MEK) elmi müəssisə statusu alıb. Məhz bundan sonra loqo və atributları yaranıb, yeni və müasir bina ilə təmin edilib.
Maraqlıdır ki, AMEA MEK-in loqosunda əski türk hərfləri yalnız diqqətlə baxanda göründüyü üçün o qədər də fərqinə varılmır. Loqonun daxilindəki dairənin sol-sağ künclərində əks olunan qədim əlifbamızdakı 4 hərf Tenqri (Tanrı) sözünü ortaya çıxarır.
Məxsusi olaraq vurğulayaq ki, orda əksini tapan qədim türk hərfləri ilə birgə loqo çox mükəmməl hazırlanıb və əsl elm ocağına layiq formadadır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26