Interposta.Info

Professordan gözlənilməz “əzadarlıq” şərhi:

Ölkə
 10-06-2018, 00:40     10 370

Son günlər əzadarlıqla bağlı başlayan müzakirənin teist-ateist müstəvisinə keçməsinə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də reaksiya verib.

Professor konkret məqamdan istifadə edilərək, ateist dünyagörüşünün təbliğinin artmasına qarşı bəzi dini ehkamları dəstəkləyib.

F.Mehdiyev bildirib ki, müəyyən qaydalar var və bu məsələlərə o qaydalar prizmasından yanaşmaq vacibdir:

1. Nəticə baxımından (kəllə yarılır, mərsiyə oxunur, bomba partladılır...) əsas olan din deyil, konkret insanın dünyagörüşü və savadıdır.

2. Ümumiyyətlə, din sosial olaraq zərərli fenomen deyil. Zərərli olan insanın dünyəvi təhsil almadan dini təhsil almasıdır.

3. Din elm deyildir. O bir inancdır. Hadisələri şərh edərkən dini paradiqma tətbiq olunmamalıdır. Hadisələr təkamül, konflikt nəzəriyyələri, etnometodologiya ilə izah olunmalıdır.

4. Quranın zamanla köhnəlməyən həqiqətləri var, onlar da insanın mənəvi və əxlaqi öhdəlikləri baxımındandır. Lakin bütünüylə Quranı 21-ci əsrdə, 7-ci əsr qaydaları ilə tətbiq etmək imkansızdır.

5. Allah ədaləti, haqqı yeməməyi, mərhəməti, dürüstlüyü ilk növbədə əmr edir. Oğurluq, istismar, zülm və korrupsiya qəbul edilməzdir.

6. Demokratik sekulyar dövlət dindarlar üçün də rahatdır. Dini dövlət bir məzhəbin üstünlüyünə səbəb olub digər məzhəblərə zülm edir.

7. Din azadlığı, demokratiyanın vacib şərti olduğu kimi, tolerantlıq, digər dinlərə/ateistlərə dinc və xoşgörü ilə yanaşma da demokratiyanın vacib sütunudur. Rahat dinini yaşamaq istəyirsənsə, hər kəsə qarşı saygılı ol ki, insanlardan da bunu tələb edə biləsən.

8. Din mükəmməl deyil, cəmiyyət kimi. Mükəmməl olan ancaq Yaradandır./Kult.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26