Interposta.Info

Bahalı Azərbaycan maşınını gözləyən gələcək: "Xəzər"in aqibəti necə olacaq?

Ölkə
 9-06-2018, 19:44     10 376

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan istehsalı "Xəzər" avtomobilləri satışa çıxarılacaq. "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov mətbuata açıqlamasına görə, artıq dövlət qurumları tərəfindən 40 avtomobil sifariş verilib.

Qeyd edək ki, bu mərhələdə 100 avtomobil satışa çıxarılacaq.

Avtomobilləri ilkin 20% ödəniş etməklə 4 illik lizinq şərtləri ilə almaq olar. Bu zaman illik faiz dərəcəsi təxminən 18%-ə bərabər olacaq. Kreditlə almaq istəyənlər isə ilkin ödəniş kimi avtomobilin dəyərinin 50%-ni ödəməlidirlər".

Neftçala Avtomobil Zavodunda istehsal olunan "Xəzər SD"-nin qiyməti 16 min manat, "Xəzər SD" 18 min manata təklif edilir.

Məlumdur ki, daha əvvəl də Azərbaycanın avtomobil istehsalı təcrübəsi var. Azliffan və Azsamand maşınları bazara çıxarılsa da, xarici avtomobillərlə rəqabətə dayanaqlı olmadı və həmin maşınların istehsalı dayandırıldı. Ölkədə yerli texniki istehsal vaistələrinin keyfiyyətinə inamın az olduğu bir vaxtda "Azərmaş”ın apardığı qiymət siyasəti "Xəzər”i həmin aqibətə sürükləyə bilərmi?

İqtisadçı Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, avtomobil istehsalında iki formada həyata keçirilir - bütövlükdə istehsal prosesini həyata keçirilməsi və ya onun hissələrinin gətirilərək quraşdırılması: "Yeni istehsal müəssisəsinin rəhbərliyinin bu məsələyə yanaşması, layihə sənədləri ilə yaxından tanış olan şəxs kimi deyə bilərəm ki, bu perespektivdə ehtiyat hissələrinin də ölkədə istehsalını nəzərdə tutan proyektdir. Digər tərəfdən bu işlərin başında təcrübəli adam dayanır”.

Bununla belə, iqtisadçı deyir ki, qiymət siyasətinə diqqət yetirilməlidir: "Ən azı nəzərə alınmalıdır ki, yaxın qonşularımız içərisində avtomobil istehsalı sahəsində bizdən daha təcrübəli olan ölkələr var. Bu prizma rəhbər tutularaq, çalışılmalıdır ki, qiymət siyasəti elastik, istehlakçı üçün əlçatan olsun”.

Bundan əvvəlki layihələrdə keyfiyyətin o qədər də arzuolunun olmadığını xatırladan iqtisadçı bu dəfə bu məsələyə önəm verilməsini zəruri hesab edir:

"Perespektivdə Yaxın Şərq ölkələrində bu avtomobillərin satışını təmin etmək nəzərdə tutulub. Əgər layihənin texniki-iqtisadi əsasnaməsində qoyulan məqsədləri qorunarsa, şübhəsiz ki, onun bəhrəsini görəcəklər. Əgər bular qorunmayacaqsa, bu avtomobilləri də "AzLifan” və "AzSamand”ın taleyi gözləyəcək. Bazar olmayacaq, mərhələli formada bazardan çıxmaq məcburiyyətində qalacaqlar və buraya qoyulan investitsiyalar batacaq. Amma ümidvaram ki, bu layihə uğurlu olacaq”.

Qoyulan qiymətin yerli avtomobil üçün odekvat olmadığını qeyd edən Fuad İbrahimov dedi ki, hazırda idxal olunan avtomobillərə gömrük tarifləri çox yüksəkdir: "Hazırda ən ucuz "Hunday” avtomobili 20 minə başa gəlirsə, bu 17 minə təklif olunsa orta və aşağı durumlu sosial təbəqə bu avtomobillərdən istifadə edəcək. Amma bu avtomobilin keyfiyyətindən asılıdır. Keyfiyyət o qədər yüksək ola bilər ki, bu avtomobillər adını çəkdiyim həmin avtomobillərin ucuz nəslini bazardan çıxara bilər. Keyfiyyət və servis mühüm məsələdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26