Interposta.Info

Deputatlardan Azərbaycandan milyonlar qazanan şirkətə sərt REAKSİYA - “Bəyanat verilsin”

Ölkə
 5-06-2018, 19:10     10 543

Azərbaycanda da fəaliyyət göstərən, dünyanın ən böyük qida və içki şirkətlərindən olan Pepsico-nun ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında fəaliyyət göstərməsi ciddi narazılıqla qarşılanıb.

"XeberBiz" BakuPost-a istinadən xəbər verir ki, Xankəndidə keçirilən aksiyalardan çəkilmiş fotolarda şirkətə məxsus "Pepsi” və "Lays” brendlərinin reklam afişaları görünür. Bu isə Pepsico-nun Dağlıq Qarabağda fəaliyyətini təsdiqləyir.

Deputatlardan Azərbaycandan milyonlar qazanan şirkətə sərt REAKSİYA - “Bəyanat verilsin”

Bəs Azərbaycan bazarından kiayət qədər yüksək gəlir əldə edən şirkətin belə addımına necə reaksiya veriləcək?

Məsələ ilə bağlı BakuPost-a açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, əvvəlcə fakt araşdırılmalıdır:

"Birincisi, informasiya dəqiqləşdirilməlidir. İş burasındadır ki, Ermənistan vaxtaşırı işğal altında olan torpaqlarla, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı dünya ictimaiyyətinə saxta informasiyalar yayır. Ona görə ilk növbədə belə bir hadisənin baş verib-vermədiyi araşdırılmalıdır. Həqiqətən təsdiqlənərsə, həmin şirkətlərlə bağlı Azərbaycanda qəti tədbirlər görülməlidir. Yəni həmin şirkətlərin Azərbaycanda ya nümayəndəliklərinin, ya dilerlərinin rəhbərliyinə işğal olunmuş torpaqlarımızda qeyri-qanuni fəaliyyətə görə xəbərdarlıq edilməlidir. Şirkət bundan nəticə çıxarmazsa, həmin şirkətlə əlaqələri kəsmək lazımdır. Nəzərə alsaq ki, bu gün istənilən məhsul üzrə dünyada kifayət qədər böyük rəqabət var, 10 milyonluq cəmiyyətdə fəaliyyət göstərmək istəyən şirkətlər tapılacaq.

Bundan sonra isə Azərbaycandan itirdiklərini hesabladıqda həmin şirkətlər işğal olunmuş torpaqdan nə qazandığı barədə özünə bir daha hesabat verməlidir”.

Bəs bu məsələ iqtisadi qanunlarla necə tənzimlənir?

Sualımızı cavablandıran Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov burada hansısa iqtisadi bazar qanunlarından söhbət belə gedə bilməyəcəyini deyib:

"İşğal altında olsa da, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Əgər bir şirkət Azərbaycanda fəaliyyət göstərirsə, deməli işğal olunan torpağımızda fəaliyyət göstərə bilməz. Beynəlxalq normalara zidd məsələdir. Lap beynəlxalq normalar olmasa da, faktdır ki, bu şirkət Azərbacanda işləyir və gəlir əldə edir. Necə ola bilər ki, buradan gəlir əldə edirsən, üstəlik həmin ölkənin işğal olunmuş torpaqlarında da fəaliyyətə başlayırsan? Bu mümkün olan şey deyil.

Bir neçə dəfə elə şirkətlər olub ki, bizim işğal olunmuş ərazilərdə fəaliyyətə başlayıb. XİN bəyanat verib və bu fəaliyyətə son verilib. Əgər belə bir məsələ varsa, XİN bəyanat verməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26