Interposta.Info

Arif Alışanovun sui-qəsd işində adı keçən bacısı qızı İTV-də yüksək vəzifədə çalışır – MİLYONLUQ ƏMLAKLARA SAHİBDİR

Ölkə
 1-06-2018, 19:57     10 577

AZTV sədri Arif Alışanova sui-qəsd işində adı istintaq və məhkəmə sənədlərində müxtəlif formalarda hallanan bacısı qızı Nilüfər Cəfərova haqda maraqlı məlumat üzə çıxıb.

"XeberBiz" bildirir ki, BakuPost.az-ın xəbərinə görə, Arif Alışanova sui-qəsd hazırlamaqda təqsirləndirilərək həbs edilən Şücaət Əkbərovun məhkəməyə verdiyi və onun əmlaklarını zorla ələ keçirməkdə ittiham etdiyi Nilüfər Cəfərova İctimai Televiziyanın Kadrlar Şöbəsinin rəhbəridir.

Qeyd edək ki, Arif Alışanovu öldürməyə çalışmaqda günahlandırılan Şücaət Əkbərovun yaxınlarının açıqladığı sənədlərə görə, hazırda Şamaxı rayonunda Nilüfər Cəfərovanın adında 4 milyon manata yaxın əmlak var. AZTV sədri isə bu əmlakların hamısını isə müxtəlif şəxslərdən zorla ələ alıb, Nilüfər Cəfərovanın adına keçirməkdə ittiham olunur. Belə ki, iddiaya görə, Cəfərova Nilufər Vidadi qızının adına Şamaxıda 4 daşınmaz əmlak var (qeydiyyat ünvan Bakının Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 126 A, mənzil 17).

Alqı-satqı müqaviləsinin biri 2016-cı il dekabrın 3-də imzalanıb. Satıcı Almazova İlhamə Alxan qızıdır. Satış predmeti Şamaxı rayonu Çuxuryurd kəndindəki 2.1424 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1474.3 kv/m. təşkil edən daşınmaz əmlak kompleksidir. Satış qiyməti 80 min manat olub – 30 min manat torpaq sahəsi, 50 min manat da əmlak kompleksi üçündür. Müavilədə hansısa müəssisənin alışından söhbət gedir, adı qeyd olunmur. Satıcı İlhamə Namazovanın əvəzinə müqaviləni Şücaət Əkbərov, alıcı Nilufər Cəfərovanın əvəzinə isə Nigar Əlişanovanın sürücüsü Hacı Babayev müqaviləni imzalayıb. Buradan da H.Babayevin ailəyə yaxınlığı təsdiqlənir.

Digər 2 əmlakın alqı-satqısı bu ilin yanvar ayının 26-da aparılıb. Bu dəfə həbsdə olan Ş.Əkbərovun keçmiş həyat yoldaşı Sadıqova Səlimə Ənvər qızı əmlakını Nilufər Cəfərovaya satıb. Belə ki, S.Sadıqovaya məxsus Şamaxı rayonu Nağaraxana kəndində 0.11 ha torpaq sahəsində yerləşən 194.4 kv/m. fərdi yaşayış evi cəmi 28 min manata (25 min manat daşınmaz əmlak, 3 min manat torpaq sahəsi üçün) alınıb. Alqı-satqıda xanım özü iştirak etməyib, satıcı Sadıqovanı həmin vaxt Alışanovun yaxın qohumu, AzTV-də işləyən Nəbiyev Camal Qədim oğlu etibarnamə ilə təmsil edib. O gün Şamaxı rayonu Çuxuryurd kəndində S.Sadıqovaya məxsus 6.5429 ha torpaq sahəsi də cəmi 25 min manata N.Cəfərovanın mülkiyyətinə keçib. Burdan da cəmi 39.26 manat vergi tutulub. Beləliklə, Alışanovun bacısı qızı N.Cəfərovanın da rayonda bütövlükdə 13.8613 ha torpağı, ümumi sahəsi 1668.7 kv/m. olan daşınmaz əmlak kompleksi və fərdi yaşayış evi var.

S.Sadlıqovanın iddiasına görə, bundan başqa, Zahirə Hüseynovanın Nağaraxana kəndindəki 5 ha torpaq sahəsi, Müsabi Namazovun rayonun Çuxuryurd kəndindəki ferması və Nağaraxanada olan evi Nilufərin adına keçirilib: "Daha sonra Şamaxı rayonun Mədrəsə kəndində yerləşən mülkün sahibi Aysel Şıxıyeva polis idarəsinə aparılıb, təzyiq altında atası Fazilin adına etibarnamə alınıb və sonuncu da mülkünü məcburiyyət qarşısında AN-1 0604747 saylı, 8 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Alışanovun qızı Nigar Əlişanovanın mülkiyyətinə verib. Şücaət Əkbərov 14 yanvar 2017-ci ildə həbs olunmasına baxmayaraq, bir neçə gün sonra Şamaxı rayon Polis Şöbəsinə aparılıb, notarius şöbəyə dəvət edilib, özünün dediyinə görə təzyiq və təhqir altında Şamaxının Çuxuryurd kəndindəki 5.066 ha torpaq sahəsi Alışanovun qohumu Camalın adına etibarnamə yazdırılaraq, yenə həmin qaydada Nilufərin mülkiyyətinə keçiriblər. Bununla bağlı AN-1 0604719 saylı 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur”.
Yazıda adı çəkilən Nilüfər Cəfərovanın da mövqeyini işıqlandırmağa hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26