Interposta.Info

Həbs olunan DTX-çı etiraf etdi:

Ölkə
 30-05-2018, 13:13     10 354

Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev mayın 24-dən itkin düşmüş müəllim Sarayxanım Abdullayevanın onun sifarişi ilə qətlə yetirildiyini etiraf edib.

Qaynarinfo-nun APA-ya istinadən məlumata görə, R. Ağayev istintaqda dindirmə zamanı bildirib ki, S. Abdullayeva onun sifarişi ilə Xankərəm Kərimov tərəfindən öldürülüb.

O da məlum olub ki, X. Kərimov özünə məxsus "KİA Rio” markalı avtomobilində S. Abdullayevanı Şirvan şəhəri "Cənub” İES-in yaxınlığına gətirərək, orada sellofan torba ilə boğub.

7-8 saat avtomobildə qalan meyit sonradan R. Ağayevin köməkliyi ilə axşam saatlarında Şamaxı rayonunun Göylər kəndi ərazisində, yaşayış məntəqəsi olmayan dağlıq ərazidə yarğana atılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26