Interposta.Info

Oruc tutmağın mahiyyəti nədir? Paytaxt sakinləri arasında

Ölkə
 26-05-2018, 13:30     10 477

Müsəlman dünyası müqəddəs Ramazan ayını yaşamaqdadır. İslamda hər bir müsəlman üçün vacib əməllərdən biri də 11 ayın sultanı olan Ramazan ayında oruc tutmaqdır.

Oruc tutmaq təkcə insanın ac qalması demək deyil, həm də Allaha ibadəti, nəfsi ilə mübarizədə qalib gəlməsi, ac insanların halını anlaması deməkdir.

Azərbaycan cəmiyyətində zaman keçdikcə ibadət edənlərin sayı artmaqdadır. Ramazan ayında da ölkəmizdə fərqli ab-hava ilə yaşanır. Lakin problemlərdən biri də odur ki, cəmiyyətdə dini maariflənmənin səviyyəsi aşağıdır. İnsanların dini bilgilərə internet üzərindən çıxma imkabnları olsa da, kütləvi informasiya vasitələri bu istiqamətdə yetərincə fəaliyyət göstərmir.

Bəs görəsən, bu gün insanlar Ramazan ayının, oruc tutmağın mahiyyətindən xəbərdardırlarmı? Orucun yalnız ac qalmaqdan ibarət olmadığını bilirlərmi?

Musavat.com bu sualla bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Respondentlərin maraqlı cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Videosorğuda həmçinin “Yeni Müsavat” qəzetinin dini yazarı Kənan Rövşənoğlunun orucun mahiyyəti haqqında fikirləri öz əksini tapıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26