Interposta.Info

“Əziyyəti çöldəkilər çəkir, biz çəkmirik” – Əfv olunan məhkum VİDEO

Ölkə
 25-05-2018, 21:19     10 510

Şəkidən 33 məhkum azadlığa buraxılıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamının icrası bu gün başa çatıb.

ARB TV xəbər verir ki, Şəki Penitensiar müəssisəsində də əfv olunan məhkumlar azadlığa qovuşdular.

Əfv sərəncamına əsasən bu gün Şəki Penitensiar müəssisəsində cəza çəkən 33 məhkum azadlığa buraxılıb.

Nicat Bayramov - əfv olunan: “Gözəl hisslərdir. Azadlığın qiyməti yoxdur. əziyyəti çöldəkilər çəkir, biz çəkmirik. Biz içəridə oturmuşuq. Allah bütün valideyinləri sevindirsin”.

Həqiqət Bayramova – valideyin: “Bu hislər bütün analara qismət olsun. Tezliklə bütün məhbusların Allah xeyirlisi ilə qapısını açsın”.

İlk dəfədir Şəki Penitensiar müəssisəsindən bu qədər məhkum azadlığa buraxılır. Əfv olunun məhkumlardan ikisi isə xarici ölkə - Rusiya və Gürcüstan vətəndaşıdır. Məhkumlara buraxılış vərəqəsi təqdim olunduqdan sonra onlar azadlığa buraxılıb.

Məhkumlar qədər bu əfvə sevinən yaxınları da həbsxanaya axın ediblər. Ümumilikdə əfv sərəncamı 634 nəfər məhkuma şamil olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26