Interposta.Info

Şəhidimiz Ağstafada böyük izdihamla qarşılandı (VİDEO)

Ölkə
 21-05-2018, 11:15     10 358

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

"XeberBiz" Qaynarinfo-a istinadən xəbər verir ki, dünən gecə şəhidimizin nəşi doğma elinə, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə gətirilib. Şəhid olan hərbi qulluqçumuzu Ağstafa sakinləri böyük izdihamla qarşılayıb və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26