Interposta.Info

Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTO

Ölkə
 20-05-2018, 10:10     10 441

Ötən il dekabrın 17-də itkin düşən və meyitləri tapılan Namin Bünyatzadə, Fəridə Cəbrayılzadə və Babur Hüseynov hadisəsi ilə bağlı şok iddia irəli sürülüb.

"XeberBiz" BakuPost-a istinadən xəbər verir ki, "Everest” idman klubunun rəhbəri, peşəkar alpinist Rusif Bağırov meytlərin tapılmasıyla bağlı yayılan məlumatların şübhə doğurduğunu bildirib. İddia edib ki, itkin alpinistlərin meyitləri yayılan məlumatdakı kimi 4 metr deyil, 1,20-1,30 sm dərinlikdən çıxarılıb.

O, bunu sübut edən fotolar da yayılmayıb və qeyd edib ki, alpinstlərin meyiti çox şübhəli şəkildə, anidən tapılıb.

R. Bağırov dövlət qurumlarının səhvini boynuna almalı olduğunu, Baş Prokurorluğun axtarışların bu qədər uzanmasında günahkar olan şəxsləri cəzalandırmasını istəyib.

interposta.info

Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTO
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTOAlpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTOAlpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26