Interposta.Info

“Veysəloğlu”nun işçisinə hücum edərək 70 min manat aparan şəxslərdən daha biri tutuldu

Ölkə
 16-05-2018, 11:18     10 460

Mingəçevirdə şirkət işçisinə hücum edərək 70 min manat pulu aparan dəstənin daha bir üzvü saxlanılıb.

Bu barədə "XeberBiz"-a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26