Interposta.Info

Azərbaycanda qəribə toy: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO)

Ölkə
 11-05-2018, 13:43     10 698

Yevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib.

"XeberBiz" unikal.org-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov unikal.org-a açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:

"Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.

interposta.info

Azərbaycanda qəribə toy: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26