Interposta.Info

“Kütləvi informasiya vasitələrində məktəbin, müəllimin hədəfə götürülməsi yolverilməzdir.”

Ölkə
 5-05-2018, 19:06     10 395

İstəsək də, istəməsək də, təəcüblü olduğu qədər də düşündürücü olan bir tendensiyaya şahidlik edirik.Gündəlik həyatımızda baş verən, şiddət və iyrənclik dərəcəsinə görəcəmiyyət üçün qat-qat zərərli və bütövlükdə insanlıq üçün təhlükəli olan hadisə və təzahürləri “istintaq sirri” kimi dəyərləndirib, kiçik bir informasiya yayımlamaqla ötüşüb anı olaraq üstündən keçirik. Müəllimin uşağa kiçik bir “qulaqburması” verməsinə, kimlərinsə məktəbə, müəllimə olan qərəzli münasibətindən doğan ərizə və şikayətinin tam araşdırılmasının, fakta hüquqi qiymət verilməsinin nəticələrini gözləmədən sosial mediada, digər kütləvi informasiya vasitələrində ağına-bozuna baxmadan tirajlayırıq, mənəviyyatımızı aşındırmaq üçün sanki sinov gedən ucuz və bayağı teleşouların müzakirə obyektinə çeviririk.
Etiraf edək ki, sözdə böyük dəyər verdiyimiz müəllim şəxsiyyəti o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvəlki mövqe və nüfuz sahibi deyil. Bununla belə, bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, baş verənləri təhsilin mövcud durumu ilə birbaşa əlaqələndirmək də düzgün olmazdı. Bütün yaşananlar daha çox sosial xarakterli məsələlər olub, daha çox dəyərlərin dəyişməsi, düşüncə və yanaşma tərzimizin başqalaşması ilə əlaqədardır. Necə olur ki, əgər rüşvət, saxtakarlıq, zorlama və digər bu kimi xarakterikzorakılıq hallarına cəmiyyətin hansısa bir zümrəsi tərəfindən yol verilirsə, bu sıradan adi-hal, hətta norma kimi qəbul edilir, belə hallar təhsil müəssisəsində baş verdikdə isə, bu ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır…?
Olmazmı ki, məktəblərdə də müəllim, şagird, valideyn münasibətləri zəmnində baş verən münaqişələr barədə də qısaca olaraq “Hadisənin təfərrüatları araşdırılır, nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir” kimi yığcam informasiya ilə kifayətlənək, hadisənin böyməsinə, əsaslandırılmamış fikirlərin səslənməsinə və qeyri-obyektiv mövqelərin sərgilənməsinə rəvac verməyək? Unutmayaq və loru dildə desək “qulağımızda sırğa edək” ki, hər birimiz bu həyatda azdan coxdan nəyə nail olmuşuqsa, bunun üçün böyük ölçüdə bir vaxtlar məbəd saydığımız məktəbə, onun “baş atributu” olan müəllimə borcluyuq. Kütləvi informasiya vasitələrində məktəbin, müəllimin hədəfə götürülməsi yolverilməzdir. Şərəfli və müqəddəs peşə sahibi hesab etdiyimiz müəllim şəxsiyyəti ilə bu dərəcədə “oynamaq” və “əylənmək” milli-mənəvi dəyərlərimizə və ənənələrimizə olan ehtiramsızlıqdan və hörmətsizlikdən başqa bir şey deyildir…
Nadir İsrafilov

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26