Interposta.Info

Lukaşenko azadlıqları məhdudlaşdıran daha iki qanunu imzaladı

Dünya
 24-05-2021, 16:59     406

Belarus Prezidenti Aleksandr Lukaşenko kütləvi informasiya vasitələri ilə yanaşı, kütləvi tədbirlər haqqında qanunvericiliyə dəyişikliklər edən sənədləri imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda BELTA-nın yaydığı məlumatda deyilir.

Kütləvi informasiya vasitələri haqqında qanun KİV-də və internet resurslarında yayılması qadağan olan informasiyaların siyahısını genişləndirib. Məsələn, ictimai-siyasi vəziyyətlə əlaqəli ictimai rəy sorğularının nəticələrini akkreditasiya almadan yerləşdirməyə icazə verilmir. Yayılması qadağan olunan materiallara hiperlink vermək də qadağanb edilib.

Artıq prokurorluq ekstremist fəaliyyətin təşviqinə yönəlmiş məlumatların yayımlandığı internet resurslarına və onlayn nəşrlərə, habelə "yayılması milli maraqlara zərər verə biləcək digər məlumatlara" giriş məhdudlaşdıra biləcək. Artıq medianın işi yalnız məhkəmə tərəfindən deyil, bəzi hallarda İnformasiya Nazirliyinin qərarı ilə də ləğv edilə bilər. Xarici hüquqi və fiziki şəxslər kütləvi informasiya vasitələrinin təsisçiləri kimi çıxış edə bilməzlər.

Lukaşenkonun imzaladığı başqa bir sənəd kütləvi tədbirlərin təşkili üçün bildiriş prosedurunu istisna edir - onlar yerli hakimiyyət orqanlarının icazəsi əsasında aparıla bilər. Artıq tədbirlərin keçirilməsi prosedurunu pozduğu üçün məsuliyyətə cəlb olunan şəxslərin xeyrinə pul toplamaq mümkün olmayacaq. Medianın "qadağan olunmuş" kütləvi tədbirlərin real vaxt rejimində - canlı yayımla işıqlandırılması da qadağan edilib.

Üç ay əvvəl Avropa Şurası 28 fevral 2022-ci ilə qədər "dinc nümayişçilərə, müxalifətçilərə və jurnalistlərə qarşı amansız repressiya və hədə-qorxu gəlməsindən" məsul olan yüksək rütbəli Belarus məmurlarına qarşı sanksiyaları uzadıb. NEXTA Teleqram kanalının qurucusu Roman Protaseviçin həbsi ərəfəsində sanksiyların daha da sərtləşdirilə biləcəyi ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26