Interposta.Info

Ermənistan ordusu Ağdamda mülki vətəndaşları atəşə tutdu

Ölkə
 3-05-2018, 11:34     10 327

Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutublar.

"XeberBiz" "Report"a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Ağdam rayonunun cəbhə xəttində yerləşən Cəmənli kəndində idarənin əməkdaşları təmir bərpa işləri aparazan zaman ermənilər tərəfindən atəşə məruz qalıblar. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da texnikaya ziyan dəyib.

İdarənin rəisi Hafiz Əzimzadə "Report"un yerli bürosuna bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib: "Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb.çətinliklə də olsa texnika əməkdaşlarımız tərəfindən təhlükəsizlik qaydalarına riayyət olunmaqla ərazidən çıxarılıb".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26