"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi" yubiley medalı təsis edilib
Milli Məclisin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunması müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək. Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu medalla təltif olunacaq.
Layihə səsə qoyulaarq qəbul edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26