Interposta.Info

Bakıda yolun ortasında adamıvəhşicəsinə döydülər -

Ölkə
 30-04-2018, 19:43     10 439

Aprelin 29-da Bakı-Sumqayıt yolunda (Beynəlxalq Avtovağzalın qarşısında) dava edən şəxslərin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb.

99-KH-411 dövlət nömrə nişanlı taksidən düşən sərnişinlər gənc oğlanı yerə yıxaraq döyüblər. Görüntülərdən aydın olur ki, döyülən şəxs təkdir. Onu üç nəfər yerə yıxaraq bədəninin müxtəlif nahiyələrində, başına və ağzına təpiklə, yumruqla zərbələr endiriblər.

Onu döydükdən sonra həmin taksiyə əyləşərək hadisə yerini tərk ediblər. Döyülən şəxs isə 99-EL-215 qeydiyyat nişanlı taksiyə oturaraq ərazidən uzaqlaşıb.

Hələlik hadisənin səbəbi bilinmir. Bu barədə Avtosfer.az-ın əməkdaşı DİN-in 102 zəng mərkəzinə məlumat verib. Faktla bağlı Binəqədi rayon 40-cı polis bölməsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26