Interposta.Info

Yeni nazir 3 nəfərə vəzifə verdi - Yeni təyinatlar

Ölkə
 30-04-2018, 17:51     10 537

Kənd təsərrüfatı naziri İnam Kərimov "ASAN Xidmət”in daha üç əməkdaşını nazirlikdə vəzifəyə gətirib.

"XeberBiz" xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub:

"Sarvan Cəfərov "ASAN Xidmət”də də sədrin vəzifəsində çalışırdı. Nazirin digər əmrilə Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri təyin edilib. Aqil Quliyev buna qədər "ASAN Xidmət”də Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri idi”.

İnam Kərimovun daha bir əmrilə İlhamə Qədimova nazirliyin Hüquq şöbəsinin müdiri təyin olunub. A.Hüseynovun sözlərinə görə, xanım əməkdaş buna qədər "ASAN Xidmət”də Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sarvan Cəfərov 28 oktyabr 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili almışdır.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

1 noyabr 2012-ci ildən bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib. Rus və ingilis dillərini bilir. Evlidir, bir uşağı var.

Yeni nazir 3 nəfərə vəzifə verdi - Yeni təyinatlar

İlhamə Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və Cinayət hüququ üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2012-ci il 18 dekabrdan bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni nazir 3 nəfərə vəzifə verdi - Yeni təyinatlar

Aqil Quliyev 29 oktyabr 1982-ci il tarixində anadan olub.1989-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli orta məktəbdə təhsil alıb.

1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, 2003-2006-cı illərdə dövlət hüququ istiqaməti üzrə magistr təhsili alıb.

2005-2010-cu il illərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləyib.

2010-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquq məsləhətçisi vəzifəsində işləyib.

2012-ci ilin noyabr ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi Hüquqi aktların ekspertizası sektorunun müdiri və Daxili hüquqi tənzimləmə sektorunun müdiri-şöbə müdirinin müavini vəzifələrində çalışıb.

2014-cü ilin fevral ayından bugünədək etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir. Evlidir, iki uşağı var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26