Interposta.Info

Azərbaycanda məscid söküldü – VİDEO

Ölkə
 30-04-2018, 15:47     10 497

“İbadət evi insanların köməkliyi ilə tikilmişdi. Camaat balasının boğazından kəsmişdi”

"XeberBiz" Minval.info-a istinadən xəbər verir ki, Yevlax rayonunun Aran qəsəbəsində yerləşən məscid dağıdılıb.

Bu barədə məlumat verən qəsəbə sakinləri bildirib ki, məscid əvvəllər təmirsiz olub. Sonra sakinlərin hesabına yenidən bərpa olunub.

Hadisənin iki gün öncə baş verdiyi qeyd edilir.

“Qəsəbədə 3 kənd var. Aran qəsəbəsi salınandan burada azan səsi verməyə icazə yoxdur. Elə bil müsəlmanlar deyil, xristianlar yaşayır burada. Məscid kimlərinsə yerin dar edir. İbadət evi insanların köməkliyi ilə tikilmişdi. Camaat balasının boğazından kəsmişdi”, – onlar söyləyib.

Qəsəbə sakinləri məsələnin ictimailəşdirilməsini və müvafiq orqanların bununla bağlı tədbir görməsini istəyirlər.

Məscidin sökülməsinə səbəb kimi qeydiyyatsız olmasının göstərildiyi qeyd edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26