Interposta.Info

Yardımlıda qonşular arasında su üstündə kütləvi dava -

Ölkə
 13-04-2018, 11:24     10 422

Yardımlıda qonşular arasında kütləvi dava ölümlə nəticələnib.

BakuPost xəbər verir ki, hadisə rayonun Bürzümbül kəndində qeydə alınıb. Belə ki, Rəciyevlər və Haxıəliyevlər arasında su üstündə yaranmış gərginlik bir neçə gündür, əlbəyaxa davaya çevrilibmiş. Ötən gün qonşular soyuq silah götürərək bir-birinə hücum çəksələr də, kənd sakinləri tərəfindən sakitləşdiriblər. Bu gün səhər saatlarında dava yenidən alovlanıb. Hər iki ailənin üzvləri ağır xəsarət alıb.

Dava nəticəsində ayağı kəsilən t1963-cü il təvəllüdlü Rəciyev Bəyzadə Məmmədağa oğlu qan itirmə nəticəsində vəfat edib. Onun ölümündə günahkar bilinən Haxıəliyev Şirxan Nuru oğlu həbs edilib. Xəsarət alan 4-5 nəfər hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunurlar.

Yaralananlar içərisində həbs olunan şəxsin atası Nuru Haxıəliyevin vəziyyəti ağırdır, o, reanimasiya şöbəsinə yerləşdirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26