Interposta.Info

MSK: 3 milyon 962 min 96 bülleten sayılıb, İlham Əliyev 86,3 faiz səs toplayıb

Ölkə
 12-04-2018, 13:44     10 393

Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.(APA)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26