Bakıda təcili yardım maşını yandı

Yanğının baş vermə səbəbi və təcili yardım maşınında insan olub-olmaması aydın deyil
Bakıda dəhşətli yanğın baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Biləcəri qəsəbəsində, "Turan" şadlıq sarayının yaxınlığında təcili yardım maşını yanıb. Bu ərazi həm də Bakı Beynəlxalq Avtovağzalının girişidir.
Bakı Beynəlxalq Avtovağzalının girişində təcili yardım avtomobili yanıb
Məlumata əsasən, yanğın artıq FHN-nin müvafiq xidmətləri tərəfindən söndürülüb. Lakin yanğının baş vermə səbəbi və təcili yardım maşınında insan olub-olmaması aydın deyil.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26