Interposta.Info

Bu avtomobil nömrəsi 20 milyona satılır –

Ölkə
 8-04-2018, 21:55     10 745

Böyük Britaniyada F1 avromobil nömrə nişanını 12 009 995 funt-sterlinqə (16.9 milyon dollar) satışa çıxarılıb.

Axar.az xəbər verir ki, “Avtonyus.ru” saytı isə əlavə dəyər vergisi (ƏDV) də nəzərə alınmaqla, nömrə nişanının dəyərinin 14 412 093 funt-sterlinqə (20 milyon dollardan çox) çatacağını yazıb.

F1 avtomobil nömrə nişanı “Chelsea Truck” kompaniyası və “Land Rover Defender” avtomobili üzərindəki düzəlişləri ilə məşhur olan “Kahn Design” atelyesinin sahibi Afzal Xan adlı iş adamına məxsusdur.

Afzal Xan F1 avtomobil nömrə nişanını 2008-ci ildə o zaman üçün rekord sayıla biləcək qiymətə - 440 min funt-sterlinqə (618 min dollar) satın alıb. Sözügedən nömrə nişanı hazırda “Bugatti Veyron Super Sport” avtomobilinə bağlanıb.

Xatırladaq ki, hazırda Böyük Britaniyada avtomobil qeydiyyat nişanları arasında rekord qiymət retro-idman avtomobili “Ferrari 250 GT SWB”də quraşdırılmış “25 O” nömrəsinə aiddir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26