Interposta.Info

Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər (FOTOLAR)

Ölkə
 22-03-2018, 13:12     10 625

Bakının Rəsulzadə qəsəbəsində piyada keçidini bağlayaraq magistral yolun üstündə obyekt tikilir.

"XeberBiz" Qaynarinfo-a istinadən xəbər verir ki, bu barədə "Qanun" nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb.

Fotolardan aydın olur ki, heç bir norma və qaydalar gözlənilməyib. Piyadalar və əngəllilər üçün şərait isə qətiyyən nəzərə alınmayıb.

Avtomobil saxlanması üçün yer də nəzərdə tutulmayıb və bu plan təsdiqlənərkən bütün normativlər pozulub.

"XeberBiz" bildirir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin sözçüsü Anar Nəcəfli axar.az-a bildirib ki, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmək lazımdır.

Məsələ ilə bağlı Binəqədi RİH ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.

interposta.info

Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər (FOTOLAR)
Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər (FOTOLAR)
Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər (FOTOLAR)Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26