Interposta.Info

Azərbaycanlı iş adamına hücum edən quldurlar bir-birini güllələdi - KURYOZ

Ölkə
 17-03-2018, 19:43     10 473

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamına qarşı kuryoz cinayət hadisəsi baş verib.

"XeberBiz" lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı biznesmen Malino kəndi istiqamətində hərəkət edərkən naməlum şəxslər onun avtomobilinin qarşısını kəsiblər. Maskalı şəxslər onun avtomobilinə soxularaq 200 min rubl (təxminən 3500 dollar) pulu götürmək istəyiblər.

Amma iş adamı quldurlara müqavimət göstərib. Bu zaman basqınçılardan biri atəş açmağa başlayıb. Güllələr isə azərbaycanlı biznesmenə yox, basqınçılardan birinə dəyib. Nəticədə o, həlak olub. Panikaya düşən quldurlar yoldaşlarını hadisə yerində qoyaraq qaçıblar.

interposta.info bildirir ki, hazırda onların axtarışı gedir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26