Interposta.Info

Kolbasa satan iş adamı yenə hakim qarşısında:

Ölkə
 17-03-2018, 15:51     10 550

Bakıda kolbasa satışı ilə məşğul olan şəxslər dələduzlquda ittiham edilərək həbs ediliblər. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıblar.

Dələduzluqda ittiham edilən Rasim Cəfərquliyev və Kərim Əhədin cinayət işi üzrə məhkəmə iclası hakim Tamila Nəsrullayevanın sədrliyi ilə baş tutub. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər.

Məhkəmə prosesində məlum olub ki, Rasim Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satırmış. Bu işdə ona qardaşı və tanışı Kərim Əhəd də kömək edib. Rasim Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib. Belə ki, qoyulan depozitlərlə alınanan mallar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc əldə edəcəklərmiş .Amma işlər düz gətirməyib və Rasim Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səsəbdən də depozit olaraq R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.

Sonuncu məhkəmə iclasında şahidlər dindirilib. İlk şahid kimi Elmin Cəfərquliyev ifadə verib. O, təqsirləndirilən şəxslərdən Rasim Cəfərquliyevin qardaşı olduğunu söyləyib.

Şahidin də dediklərindən məlum olub ki, Rasim Cəfərquliyev Bakıda müxtəlif kolbasa şirkətlərindən mal alaraq mağazalarda satırmış. Bu işdə ailəvi dostluğu olan digər təqsirləndirilən şəxs Kərim Əhəd də ona kömək edib.

Şahid Elmin Cəfərquliyev deyib ki, özü də qardaşının yanında işləyib. Elmin qardaşının külli miqdarda borcunun olmasından xəbərsiz olduğunu söyləyib və qeyd edib ki, evləri yandığı üçün qardaşı borca düşüb.

Elmin Cəfərquliyev əlavə edib ki, aylıq dövrüyyələri 100 min manata yaxın olub və uzun illər bu işlə məşğul olublar. O, qardaşının ayrı-ayrı şəxslərə borcu olmasından xəbərsiz olduğunu, amma onun istəyi ilə müxtəlif şəxslərə pul apardığını söyləyib.

Şahid söyləyib ki, qardaşının rəhbərliyi ilə SAB, "Sevimli dad", "Min bərəkət" kimi böyük şirkətlərdən aldıqları malları satıblar: "Mən də satış meniceri kimi işləyirdim. 12 maşınımız var idi. Sumqayıt, Mərdəkan, Qəbələ və bir çox bölgələrə mal paylayırdıq. Biz adlarını qeyd etdiyim şirkətlərdən nisyə mal almırdıq. Onlar acvaq nağd şəkildə işləyirdilər".

Məhkəmədə məlum olub ki, təqsirləndirilən Əhəd Kərim bank əməkdaşı olub. O, Rasim Cəfərquliyevlə işləmədən əvvəl “Röyal Bank”da işləyib. Elmin Cəfərquliyev söyləyib ki, Əhəd Kərim onlarla birlikdə işləyərkən fəaliyyəti alınan və satılan malları kompüyter sistemində yerləşdirmək olub.

Digər şahid Ərşad Vəliyev də məhkəmədə dindirilib. O, Rasim Cəfərquliyevin sürücüsü olub. Ərşad Vəliyev aylıq 500 manat maaş qarşılığında ayrı-ayrı ərazilərə mal daşıdığını söyləyib.

Məhəmməd Rəhimli də məhkəmədə şahid qismində ifadə verib. O da Rasim Cəfərquliyevlə işlədiyini söyləyib.

Məhkəmədə məlum olub ki, zərərçəkmişlərdən biri Zaur Əfəndiyev olub. Onun "20 Yanvar" metrostansiyasının yanında tədris nərkəzi olub. Daha sonra Rasim Cəfərquliyevlə dostluq münasibəti yaranıb və birlikdə kolbasa satışı ediblər. Əvvəlcə Zaur Əfəndiyev iş görmək üçün Rasim Cəfərquliyevə pul verib. İlk aylarda qazanc götürsə də sonradan Rasim Cəfərquliyevdən pul ala bilmədiyi üçün şikayətçi olub.

Qeyd edək ki, Rasim Cəfərquliyevin adı ilk dəfə deyil ki, cinayət işində keçir. 2013-cü ildə onun evinə basqın edilib. Həmin cinayət işində Rasim Cəfərquliyev zərərəçəkmiş kimi tanınıb.

Rasim Cəfərquliyev DİN “102” xidmətinə zəng edərək evinə silahlı basqın edilməsi barədə məlumat vermişdi. Abşeron Polis Şöbəsində yaradılmış əməliyyat istintaq qrupu dəstə üzvlərini həbs etmişdi. Məlumata görə ilk ələ keçən dəstə başçısı və işin sifarişçisi olub. Cinayətin təşkilatçısı və iştirakçısı Azər Rəhimov tutulandan sonra digər şəxslərin izinə düşülüb və Xocahəsən kəndində yaşayan Məhəmməd İsmayılov, Nicat Səfərov, Kəmaləddin Quliyev, Ədalət Yaqubov, Rəhman Yaqubov yaxalanıblar. Dəstə başçısı Azər Rəhimov əvvəllər ev sahibinin yanında çalışırmış. Məlumatda bildirilir ki, ət və kolbasa məhsullarının satışı ilə məşğul olan firmada çalışan Rasim Cəfərquliyevə 9 min 200 manat borcu olan Azər borcunu elə onun evindən oğurluq etməklə ödəmək istəyib. Digər altı nəfəri də işə cəlb edərkən xeyli miqdarda pul əldə edəcəklərinə söz verib. O, dəstə üzvlərinə evdə 50 min manat pul olduğunu desə də, o qədər pul çıxmayıb. Onlar evdən 10000 manat pul götürə biliblər.

Dəstə üzvləri cinayəti törətmək üçün “Range Rover” markalı avtomobil də kirayələyiblər. Sonra bu avtomobillə ünvana yollanıblar. Təqsirləndirilən şəxslərin işinə Bakı Ağır Cianyətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Azər Rəhimov 11 il, Məhəmməd İsmayılov 10 il 6 ay, Kəmaləddin Quliyev 10 il 6 ay, Nicat Səfərov 10 il, Osman Yaqubzadə 10 il 6 ay, Emin Ağayev 10 il 6 ay, Ədalət Yaqubov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26