Interposta.Info

Sumqayıtda yeni təyinat: ananın işlədiyi müəssisəyə qızı rəhbərlik edəcək

Ölkə
 17-03-2018, 13:33     10 497

Sumqayıtda Doğum evinə yeni baş həkim təyin edilib.

interposta.info
xeberle.com-a istinadən məlumatına görə, Binnətzadə Xədicə Razim qızı 2 nömrəli Doğum evinin baş həkimi təyin olunub. Yeni rəhbər artıq tibb müəssisəsinin kollektivinə təqdim olunub. O, kollektivə heç də yad adam deyil. Belə ki, X.Binnətzadə bu təyinata qədər həmin doğum evində mamalıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni baş həkim sözügedən doğum evinin həkimi Emilya Hüseynovanın qızıdır.

Xatırladaq ki, 2 nömrəli Doğum evinin baş həkimi Arzu Məhərəmova fevral ayında tutduğu vəzifədən azad olunmuş və həmin vəzifəyə təyinat olmamışdı.

interposta.info

Sumqayıtda yeni təyinat: ananın işlədiyi müəssisəyə qızı rəhbərlik edəcək

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26