Interposta.Info

Biologiya müəllimindən şagirdlərin gözü qarşısında AĞLASIĞMAZ HƏRƏKƏT

Ölkə
 14-03-2018, 23:48     10 492

ABŞ-da biologiya müəllimi dərsdən sonra əlavə məşğuliyyət vaxtı it balasını tısbağaya yedizdirib.

interposta.info
xəbər verir ki, Robert Kroslend adlı müəllim şagirdlərinin gözləri qarşısında it balasını tısbağaya yem edib.

Kroslend Adaho ştatında 12-16 yaşlı şagirdlərə dərs deyir. Dərsdən sonra əlavə məşğələ zamanı baş verən bu hadisə heç də birmənalı qarşılanmayıb. Valideynlərin sözlərinə görə, küçük onsuz da mutasiya ilə doğulubmuş və tezliklə öləcəkmiş.

Heyvanları müdafiə edən fəallar isə Kroslendin bu tədris metoduna etiraz edib. “Balaca bir heyvanın uşaqların gözü qarşısında qışqıra-qışqıra ölməsinə imkan yaratmaq anormallıq və zorakılıqdır”, – deyə heyvan müdafiəçisi Jill Parriş bildirib.

Maraqlıdır ki, müəllimin addımına haqq qazandıranlar da olub. Şagirdləri və bəzi valideynlər onu müdafiə edib. Bununla belə, Kroslend müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Polis faktla bağlı araşdırma aparır. (Biosfer.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26