Interposta.Info

“”Lotu Quli” bir nömrədir” dedi, qətlə yetirildi –

Ölkə
 13-03-2018, 16:59     10 587

Bakı. 13 Mart. Minval.info/ Kriminal aləmin məşhur siması “Lotu Quli”nin yaxın adamlarından birinin öldürüldüyü bildirirlir.

interposta.info Minval.info-a istinadən xəbər verir ki, avtoritetə “bir nömrədir” deyən adam qətlə yetirilib. Belə ki, həmin şəxs özünü çəkərkən Azərbaycan, erməni, gürcü oğrularına salam göndərdib. Ardınca bildirib ki, “Lotu Quli” bu aləmdə bir nömərdir Allah ona güc versin.

Bundan sonra məşhur avtoritet Şeyx Həmzət sosial şəbəkə hesabında bir nəfərin qan içində olduğu fotonu paylaşaraq üzərində “bu da son” sözlərini yazıb. İddia edilir ki, o məhz “”Lotu Quli” bir nömrədir” deyən şəxsdir.

Xatırladaq ki, Rövşən Lənkəranskinin ölümündən sonra Şeyx Həmzət onun varisi hesab olunur. O, Lənkəranskinin ölümündən sonra kriminal aləmdə yaranan qarşıdurmaların birində güllə yarası alıb.

interposta.info

“”Lotu Quli” bir nömrədir” dedi, qətlə yetirildi –“”Lotu Quli” bir nömrədir” dedi, qətlə yetirildi –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26