Interposta.Info

“Lotu Quli”ni təhqir edən şəxsi maşınında gülləbaran etdilər -

Ölkə
 19-02-2018, 17:09     9 709

Bir müddət əvvəl sosial şəbəkələrdə çeçen əsilli kriminal aləm üzvünün “Lotu Quli” ləqəbli Nadir Səlifovu təhqir etdiyi görüntülər yayılmışdı

Crimetime.ru-nun məlumatına görə, həmin şəxslə bağlı yeni görüntülər ortaya çıxıb.

Görüntülərdə həmin şəxsin maşında güllələndiyi açıq-aydın görünür. Morqda çəkilən videoda isə bədəninin bütün hissələrinin güllə izindən deşik-deşik olduğu görünür.

Qeyd edək ki, həmin şəxs videoda “Quli”ni təhqir edərək, onu yaxın zamanlarda öldürəcəyi ilə hədələmişdi.

Bildirilir ki, öldürülən şəxs çeçen əsilli kriminal avtoritet, Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovun adamıdır. Şeyx Həmzət də öldürülən azərbaycanlı qanunu oğru Rövşən Lənkəranskinin ən yaxın dostlarından biri olub. Hətta Rövşən Lənkəranskinin il mərasimində iştirak edərək, onun qisasını almağa söz verib.(Lent.az)

interposta.info


https://www.instagram.com/p/BfX3l-dn2OV/?utm_source=ig_embed&action=save

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26