Interposta.Info

Dünyanın 50 ucuzluq olan ölkəsindən biri -

Ölkə
 13-03-2018, 10:49     10 514

ABŞ-ın “GOBankingRates” maliyyə portalı yaşayış üçün ən ucuz 50 ölkənin adını açıqlayıb

115 ölkə beş əsas göstərici üzrə araşdırılıb: alıcılıq qabiliyyəti, mənzil kirayəsinin, qida məhsullarının qiyməti, mal və xidmətlərin dəyəri, restoran və barlardakı qiymətlər.

Yaşayış üçün ən ucuz ölkələrin ilk üç pilləsində Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan göstərilir. Sonrakı yerlərdə Tunis, Zambiya, Ukrayna, Meksika, Misir, Banqladeş və Makedoniya dayanır.

Ən ucuz ölkələr siyahısında Azərbaycan 35-ci yerdədir.

Reytinq cədvəlində keçmiş SSRİ-dən Gürcüstan 16-cı, Moldova 19-cu, Belarus 27-ci, Qazaxıstan 31-ci, Ermənistan 34-cüdür.

Ən ucuz ölkələr cədvəlində İran 23-cü, Türkiyə 26-cı sırada yer alır.

50 ölkəlik siyahını Macarıstan qapayır. (Novator.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26