Interposta.Info

Respublika Narkoloji Mərkəzində

Ölkə
 2-03-2018, 09:30     10 521

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

***

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

*****

Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.

Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.

****

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. APA-nın xəbərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

****

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA-nın xəbərinə görə, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə qalanların olub-olmadığı binaya daxil olduqdan sonra bilinəcək.

****

Bakıda güclü yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Əlavə məlumat veriləcək.

interposta.info

Respublika Narkoloji Mərkəzində
Respublika Narkoloji Mərkəzində
Respublika Narkoloji Mərkəzində
Respublika Narkoloji Mərkəzində
Respublika Narkoloji Mərkəzində
Respublika Narkoloji Mərkəzində
Respublika Narkoloji Mərkəzində
Respublika Narkoloji Mərkəzində

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26