Interposta.Info

Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)

Ölkə
 28-02-2018, 10:49     10 626

Richests.com saytı dünyanın ən gözəl varlı qadınlarının siyahısını hazırlayıb. Siyahıdakı qadınlar həm gözəllikləri, həm də var-dövlətləri ilə diqqət mərkəzindədi.

Onlardan bəziləri doğulduqları gündən böyük sərvət sahibidir, bəziləri isə öz zəhmətləri hesabına bu yerə gəlib çıxıblar.

interposta.info Qaynarinfo-a istinadən 15 qadının yer aldığı siyahını təqdim edir.

1. İvanka Tramp
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


ABŞ prezidenti Donald Trampın qızıdır. Əmlak sektorunda fəaliyyət göstərib, bir müddət modellik edib, şəxsi moda markası ilə məşhurdur.

2. Josie Ho
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Makaunun ən böyük qumarxanalarına sahib olan Stanley Honun qızıdır. Çində məşhur atrisa və müğənnidir. Stanley Honun 17 övladından biri olan Josie atasının varislərindən biridir.

3. Amanda Harst
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Media kralı Uilyam Randof Harstın nəvəsidir. Amanda eyni zamanda model və baş redaktordur. Ailəsinin sahib olduğu "Harst Corporation"dan müstəqil həyat yaşayır, amma var-dvlətinin böyük hissəsinə görə ailəsinə borcludur.

4. Ceorcina Bloomberq
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Amerikalı siyasətçi və iş adamı Maykl Bloomberqın qızıdır. Ceorcina pulunun böyük hissəsini xeyriyyə təşkilatlarına xərcləyən yardımsevərdir.

5. Holli Branson
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Milyarder Riçard Bransonun qızıdır, 400-dən çox şirkətin səhmdarı olaraq böyük bir sərvətin sahibidir. Tibb fakültəsinin məzunu olsa da, sonradan atasının sahibi olduğu "Virgin Group"da iş həyatına başlayıb.

6. Dilan Lauren
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Məşhur moda maqnatı Ralp Laurenin qızıdır. Dilan Nyu Yorkda açdığı və dünyanın ən böyük şirniyyat mağazası olan "Dylan’s Candy Bar" sayəsində böyük uğur qazanıb.

7. Vanişa Mittal
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Dünyanın ən varlı adamlarından olan hindistanlı Lakşmi Mittalın qızıdır. 2004-cü ildə baş tutan toyu ilə bütün dünyada tanınıb. Milyonlarla dolların xərcləndiyi toy həmin vaxt tarixin ən bahalı ikinci toyu olmuşdu. Vanişa atasının sağ əli olaraq "Mittal" şirkətlər qrupunun İdarə Heyətində yer alıb.

8. Aerin Lauder
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Məşhur kosmetika markası "Estee Lauder"in qurucusunun nəvəsidir. Şirkətin 16 faizinə, yəni ən azı 1 milyard dollar sərvətə sahibdir.

9. Anna Anisimova
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Rusmədən kralı Vasili Anisimovun qızıdır. Anna "Rusiyanın Paris Hiltonu" adlandırılır. 3.4 milyard dollarlıq mirasın sahibi olacaq.

10. Julia Dreyfus
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


"Emmy" və "Qızıl Qlobus" mükafatlarına sahib olan amerikalı aktrisa 1990-1998-ci illər aralığında yayımlanan "Seinfeld" serialında canlandırdığı Elaine Benes ilə tanınır. Fransız bir milyarder ailənin qızı olan Julianın 3.4 milyard dolları var.

11. Sara Blakeli
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


"Spanx" adlı alt paltarı markasının qurucusudur. "Forbes"in milyarderler siyahısında sərvətini təkbaşına əldə edən ən gənc qadındır. Ümumi sərvəti 1.04 milyard dollardır.

12. Şarlotte Kasiraqi
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Monako kral ailəsinin səkkizinci varisidir. Ailə içindəki ən gözəl qadınlardan biri hesab olunur.

13. Perenna Kei
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Honq Konqdan olan əmlak kralı bir ailənin qızı olan Perennanın 24 yaşı var. Buna baxmayaraq, 85 faiz səhmlərinə sahib olduğu "Logan Property Holdings" kimi şirkəti idvrə edir. 1.3 milyard dollar sərvəti var.

14. Tamara Ekklestone
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


"Formula 1"in prezidenti Berni Ekklestonenin qızıdır. Model və televiziya ulduzu bu sahədən böyük pullar qazanıb.

15. Mari Besnyer Beauvalot
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)


Fransanın məşhur qida şirkəti "Lactails"in qurucusu Andre Besnyerin nəvəsidir. 35 illik həyatını lüks içində yaşayıb. Şirkətin əsas səhmdarlarından olan Beauvalot təxminən 2.5 milyard dollarlıq səvətin sahibidir. Bu gözəl qadına aid internetdə sadəcə bir foto var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26